Xidmətlərimiz
Ev və İşyerlərinin Təmiri
Sevəcəyiniz Evləri, Villaları və Ofisləri İnşa Edirik!
İnşaat ideyalarınızı həyata keçirməkdən ibarətdir – təməlləri qoymaqdan, yaşaya, işləyə və inkişaf edəcəyiniz məkanlar yaratmağa qədər.
Rahat yaşayış yerləri və iş üçün effektiv məkanların olmağı bizim həyatımızın ayrılmaz hissəsidir.
Biz müasir tələblərə cavab verən, rahat, ekoloji və maliyyə cəhətdən sərfəli məkanları yaratmaq üçün yeni materiallardan və metodlardan istifadə edirik.
A&A Dizayn və İnşaat-ın əsas məqsədi sizin xəyallarınızı gerçəkləşdirməkdir. Bunun üçün biz sizinlə yaxından işləyir və istəklərinizi dinləyərək sizin üçün keyfiyyətli iş görürük. Bunu edərkən də işinin peşəkarı olan şəxslərlə çalışır və ən yaxşı materiallardan istifadə edirik. Eyni zamanda, hər addımı sizinlə birlikdə atırıq, sizin fikirlərinizi dinləyirik və sizin razı olduğunuzdan əmin oluruq. Nəticədə, içərisində özünüzü təhlükəsiz, rahat və xoşbəxt hiss edəcəyiniz məkanlar yaradırıq.
Xidmətlərimiz
Hər Növ Tikinti və İnşaat
A&A Dizayn və İnşaat uzun illərdir bu sahədə fəaliyyət göstərərək müştərilərimizin xəyallarını həyata keçirir!
Ev və iş yerlərinizin interyer və eksteryer dizaynını 20 ildir arxitektura və dizayn sahəsində sayısız layihələri tamamlamış A&A Dizayn və İnşaata etibar edin. Beləliklə, rahatlıq və lüks görünüşü ilə seçilən məkanınız həyatınıza sevinc qatsın.
Bir şirkət olaraq, biz məkanlarınız üçün sizin istəklərinizə uyğun ən yüksək səviyyədə dizaynlar təmin etməyə söz veririk.
İş prosesində ən yüksək keyfiyyətli materialların istifadəsi, təcrübəli mütəxəssislərimizin, dizaynerlərimizin və memarlarımızın təcrübəsi ilə birləşdirilərək məkanınızın keyfiyyətli və sizin istəklərinizə uyğun olması üçün çalışırıq.
Eksteryer dizaynı zamanı öncəliyimiz ətraf mühiti və müştərilərimizin rahatını və sağlamlığını nəzərə almaqdır. Bunun üçün də ən müasir, yüksək keyfiyyətli və ziyansız materialları istifadə edirik.
Peyzaj, yenidənqurma və interyer-eksteryer dizayn sahəsində 20 illik təcrübəmiz hər zaman müştərilərimizin istəklərinə uyğun həll yolları tapmağımıza kömək edir.
A&A Dizayn və İnşaatda öncəliyimiz hər zaman müştəri məmnuniyyətidir.Hər bir müştəriyə fərdi yanaşaraq və onun istəklərinə qulaq asaraq təkliflər sunur və bütün proses boyunca onları işin gedişatından xəbərdar edirik.
Siz də A&A Dizayn və İnşaatın təqdim etdiyi rahatlıq və keyfiyyətdən yararlana bilər və xəyalınızdakı məkanı yarada bilərsiniz!
Xidmətlərimiz
İnteryer-Eksteryer Dizayn və Memarlıq
20 ildir ki dəbdən düşməyən məkanlar inşa edirik!
İstəyinizin içində yaşayacağınız bir ev və ya geniş bir ticarət kompleksi olmağından asılı olmayaraq, biz sizin xəyallarınızı həyata keçirməyə fokuslanmışıq.
Bizim bacarıqlı memarlar komandası dəbdəbə və funksionallığı özündə birləşdirən məkanlar inşa edir. Beləliklə, məkanınıza sadəcə bir tikili deyil, eyni zamanda göz oxşayan bir sənət əsəri kimi yanaşırıq.
İşlərimizlə daha yaxından tanış olmaq üçün bizim portfoliomuza nəzər yetirin. Bizim 20 ilə dayanan təcrübəmizə güvənin və gəlin xəyallarınızı birlikdə həyata keçirək.